Lukas Podolski Polşa klubu ilə müqaviləsini uzadıb

Lukas Podolski Polşa klubu ilə müqaviləsini uzadıb Almaniya millisinin sabiq futbolçusu Lukas Podolski Polşanın "Qurnik" klubu ilə yeni müqavilə imzalayıb.
Futbol
19 May , 2022 20:28
Lukas Podolski Polşa klubu ilə müqaviləsini uzadıb

Almaniya millisinin sabiq futbolçusu Lukas Podolski Polşanın "Qurnik" klubu ilə yeni müqavilə imzalayıb.

"Report" Zabje təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun sözləşməsinin müddəti 2023-cü ilin yayınadək uzadılıb.

Qeyd edək ki, Lukas Podolski 1985-ci ildə Polşanın Qlivitse şəhərində anadan olub. Təcrübəli forvard 2 il sonra ailəsi ilə birlikdə Almaniyaya köçüb. O, 2014-cü ildə Bundestimin heyətində dünya çempionu olub.

Son xəbərlər

Orphus sistemi