Lukaku: Ronaldu gücümə və dəqiqliyimə paxıllıq edir

Lukaku: Ronaldu gücümə və dəqiqliyimə paxıllıq edir Futbol üzrə Belçika yığmasının hücumçusu Romelu Lukaku milli komandaların matçı ərəfəsində özünü Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu ilə müqayisə edib.
Futbol
26 İyun , 2021 03:37
Lukaku: Ronaldu gücümə və dəqiqliyimə paxıllıq edir
Romelu Lukaku

Futbol üzrə Belçika yığmasının hücumçusu Romelu Lukaku milli komandaların matçı ərəfəsində özünü Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu ilə müqayisə edib.

Bu barədə “Report” “Sky Sport Italia”ya istinadən xəbər verir.

"O daha çox qol vurdu. Amma biz İtaliya çempionatını udduq. Mənim üçün bu titulu udmaq xüsusilə əhəmiyyətli idi. Bu mənim hədəfim idi. Mən Kriştianu Ronaldunun driblinqinə və zərbəsinə paxıllıq edirəm. Eyni zamanda düşünürəm ki, o da mənim gücümə və dəqiqliyimə paxıllıq edir", - hücumçu deyib.

Lukaku "İnter", Ronaldu "Yuventus"un heyətində çıxış edərək, İtaliya A Seriyasında öz aralarında rəqabət aparırlar.

Qeyd edək ki, Portuqaliya və Belçika yığmalarının görüşü bazar günü - 27 iyunda İspaniyada olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi