Luka Modriç "Real"la müqavilə müddətini daha 1 il uzatmağı düşünür

Futbol
  • 24 fevral, 2025
  • 18:48
Luka Modriç Realla müqavilə müddətini daha 1 il uzatmağı düşünür

İspaniyanın "Real" (Madrid) klubunun xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç müqavilə müddətini daha 1 il uzatmağı düşünür.

"Report" xəbər verir ki, bu barədə "todofichajes" nəşri məlumat yayıb.

39 yaşlı oyunçu 2026-cı ildə ABŞ-də keçiriləcək dünya çempionatına qədər oynayıb, daha sonra karyerasını bitirməyi planlaşdırır. Bu səbəbdən o, "Kral klubu" ilə sözləşməsinin müddətini 2026-cı ilə qədər artıra bilər.

Qeyd edək ki, Luka Modriç bu mövsüm "Real"ın heyətində 39 oyunda meydana çıxıb və 4 qol vurub.