Luka Modriç "Real"da rekorda imza atıb
Futbol
- 27 noyabr, 2023
- 05:06
İspaniyanın "Real" klubunun futbolçusu Luka Modriç yeni rekorda imza atıb.
"Report" "Marca"ya istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi buna "Kadis"ə 3:0 hesabı ilə qalib gəldikləri La Liqanın XIV turunun matçında iştirak etməklə nail olub.
Xorvatiyalı 35 yaşdan sonra paytaxt təmsilçisinin heyətində 161-ci qarşılaşmasını keçirib. O, bu göstəriciyə görə 1986-1997-ci illərdə "Kral klubu"nun formasını geyinmiş Fransisko Buyonu (160 oyun) geridə qoyub.
Qeyd edək ki, Luka Modriç cari mövsüm bütün turnirlərdə 16 görüşdə meydanda olub və iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Real"la hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq.
Son xəbərlər
22:44
İstanbulda iki tramvay toqquşub, xəsarət alanlar var
Region22:42
Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir
Region22:23
Nvidia-nın bazar dəyəri bir gündə 442 milyard dollar artıb
İKT22:08
Məmməd Əhmədzadə etimadnaməsinin surətini Belçika XİN-ə təqdim edib
Xarici siyasət21:56
Foto
Türkiyənin iki vilayətində meşə yanğınları baş verib
Region21:38
Müctəba Xameneinin müraciəti yayılıb
Region21:29
Ərdoğan ilə Putin Ukrayna və Qara dənizdəki vəziyyəti müzakirə edəcək
Region21:13
Çak Şumer: ABŞ hələ də İranla müharibəyə necə son qoyacağını bilmir
Digər ölkələr21:08