Lük Holts: "Bütün hazırlığı Azərbaycanla oyuna görə qurmuşuq"

Lük Holts: "Bütün hazırlığı Azərbaycanla oyuna görə qurmuşuq" "İlk yarıda çox yaxşı müdafiə olunduq. 60-cı dəqiqədən sonra işimiz çətinləşdi. Dəyişikliklərdən sonra sürət və dəqiqlik çatışmadı".
Futbol
12 Noyabr , 2020 14:51
Lük Holts: Bütün hazırlığı Azərbaycanla oyuna görə qurmuşuq
Lük Holts

"İlk yarıda çox yaxşı müdafiə olunduq. 60-cı dəqiqədən sonra işimiz çətinləşdi. Dəyişikliklərdən sonra sürət və dəqiqlik çatışmadı".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqibi Lüksemburq komandasının baş məşçisi Lük Holts Avstriyaya 0:3 hesabı ilə uduzduqları yoldaşlıq oyundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis oyunçu əvəzləmələrinin komandanı oyun ritmindən çıxardığını bildirib. 3 matç üçün 23 futbolçuya dəvət göndərən baş məşqçi heyətin geniş olmamasından şikayətlənib.

O, qısa zaman ərzində 3 oyunun keçirilməsini də məqsədəuyğun hesab etməyib: "Altı gündə 3 matça çıxırıq. UEFA-dan kimsə yoldaşlıq görüşlərinin belə vaxtlarda keçirilməsindən narahat deyil? İşlərə futbol oynayıb-oynamadığından əmin olmadığım insanlar qərar verir".

Holts artıq Millətlər Liqasındakı son matçlara kökləndiklərini söyləyib: "Bütün hazırlığı Kipr və Azərbaycanla oyuna görə qurmuşuq. Futbolçuların bu gün yenidən canlanmağa vaxtları olacaq".

Qeyd edək ki, Lüksemburq noyabrın 14-də Kiprlə, 3 gün sonra isə Azərbaycanla üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi