Lük Holts: "Azərbaycanla oyunun sonları bizim üçün asan keçmədi"

Lük Holts: "Azərbaycanla oyunun sonları bizim üçün asan keçmədi" "İlk hissədə oyuna daha çox nəzarət edən tərəf biz idik. Əlbəttə, bunda erkən qol vurmağımızın da səbəbi vardı".
Futbol
454
2 Sentyabr , 2021 01:53
Lük Holts: Azərbaycanla oyunun sonları bizim üçün asan keçmədi

"İlk hissədə oyuna daha çox nəzarət edən tərəf biz idik. Əlbəttə, bunda erkən qol vurmağımızın da səbəbi vardı".

"Report"un məlumatına görə, bunu Lüksemburq millisinin baş məşqçisi Lük Holts evdə Azərbaycana 2:1 hesabı ilə qalib gəldikləri dünya çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: "İkinci hissədə rəqibin daha çox üzərimizə gələcəyini gözləyirdik. Elə də oldu. Cərimə zərbəsindən baxımlı qol vuraraq hesab arasındakı fərqi azaltdı. Xüsusən, oyunun sonları bizim üçün asan keçmədi. Üç oyundan 6 xal toplamışıq. Təbii ki, bu nəticə məni olduqca qane edir".

Son xəbərlər

Orphus sistemi