Braziliyanın "Palmeyras" klubu baş məşqçi Luis Felipe Skolari ilə yollarını ayırıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis köməkçiləri Pauki Turra və Karlos Prasidelli ilə birgə istefaya göndərilib.
Qeyd edək ki, Luis Felipe Skolari 2018-ci ilin yayından "Palmeyras"a rəhbərlik edir. Onun komandası həmin il ölkə çempionu olub. "Palmeyras" Libertadores Kubokunun 1/4 finalında ölkənin digər təmsilçisi "Qremiyo"ya səfərdə qol (1:0,1:2) vura bilmədiyi üçün iki oyunun nəticəsində mübarizəni dayandırıb.