Luçano Spaletti: Oyun boyu tez-tez fikrimizi dəyişirdik

Luçano Spaletti: Oyun boyu tez-tez fikrimizi dəyişirdik Oyun boyu tez-tez fikrimizi dəyişirdik.
Futbol
16 İyun , 2024 01:52
Luçano Spaletti: Oyun boyu tez-tez fikrimizi dəyişirdik

Oyun boyu tez-tez fikrimizi dəyişirdik.

"Report" xəbər verir ki, bunu İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Albaniya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin I turunun oyunundan sonra mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis görüş ərzində daha çox qol vurmaq imkanlarının olduğunu bildirb: "Qarşılaşma ərzində bir çox maraqlı məqamlar yaşandı. Lakin mövcud vəziyyət bizi uğura aparmırsa, yaşananlar mənasız olaraq qalır. Rəqibi cəzalandırmaq üçün bir neçə şansımız oldu, amma yararlana bilmədik. Oyun boyu tez-tez fikrimizi dəyişirdik. Geriyə ötürmələrdə səhvə yol verirdik. Bu yığmanın 26 futbolçusu var və hər biri lazımlı oyunçudur".

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün B qrupunun ikinci matçında İtaliya Albaniya yığmasına 2:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi