Luçano Spalletti: Mübarizəni bu mərhələdə dayandırmaq istəməzdik

Luçano Spalletti: Mübarizəni bu mərhələdə dayandırmaq istəməzdik Mübarizəni bu mərhələdə dayandırmaq istəməzdik.
Futbol
29 İyun , 2024 23:23
Luçano Spalletti: Mübarizəni bu mərhələdə dayandırmaq istəməzdik

Mübarizəni bu mərhələdə dayandırmaq istəməzdik.

"Report" xəbər verir ki, bunu İtaliya millisinin baş məşqçisi Luçano Spalletti İsveçrəyə qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis 1/4 finala vəsiqə qazana bilmədikləri üçün məyus olduqlarını bildirib:

"İspaniya və İsveçrə yığmaları çox yaxşı ötürmə etməyi bacaran komandalardır. Hər iki kollektivə məğlub olmağımızın əsas səbəbi bu idi. Sürətli futbolçularımız azdır. Müasir futbolda komandalar pressinq etməyi və aqressiv oynamağı sevirlər. Mübarizəni bu mərhələdə dayandırmaq istəməzdik".

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində İsveçrəyə 0:2 hesabı ilə məğlub olan İtaliya turnirlə vidalaşıb.

Son xəbərlər

Orphus sistemi