Loran Yans: "Azərbaycan millisinin zəif və güclü tərəflərini bilirik"

Loran Yans: "Azərbaycan millisinin zəif və güclü tərəflərini bilirik" "Millinin heyətində Azərbaycana qarşı dörd oyun keçirmişəm. Bu matçların üçündə heç-heçə etmişik, birində isə qalib gəlmişik. Ümid edirəm ki, bu rəqibə qarşı məğlubiyyətsizlik seriyası qarşıdakı görüşdə də davam edəcək".
Futbol
31 Avqust , 2021 13:55
Loran Yans: Azərbaycan millisinin zəif və güclü tərəflərini bilirik
Loran Yans

"Millinin heyətində Azərbaycana qarşı dörd oyun keçirmişəm. Bu matçların üçündə heç-heçə etmişik, birində isə qalib gəlmişik. Ümid edirəm ki, bu rəqibə qarşı məğlubiyyətsizlik seriyası qarşıdakı görüşdə də davam edəcək".

"Report"un məlumatına görə, bunu Lüksemburq millisinin futbolçusu Loran Yans evdə Azərbaycana qarşı keçirəcəkləri dünya çempionatının seçmə mərhələ oyunu barədə yerli mətbuata açıqlamasında deyib.

Niderlandın "Sparta" klubunda çıxış edən 29 yaşlı müdafiəçi bildirib ki, artıq hər iki yığma bir-birini yaxşı tanıyır: "Bu, həm rəqib, həm də bizim üçün üstünlük ola bilər. Çünki aramızdakı oyunların üstündən elə də çox vaxt keçməyib. Azərbaycanın zəif və güclü tərəflərini bilirik. Eyni sözləri rəqib barədə də demək olar. Onlar da bizi yaxşı tanıyırlar. Oyunlar hər zaman bərabər səviyyədə keçib. Düşünürəm ki, yenə belə olacaq. Hər iki komanda meydana qələbə üçün çıxacaq".

Qeyd edək ki, sentyabrın 1-də Lüksemburq stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi