Bakı. 6 noyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsində dünən Türkiyə "Beşiktaş"ının qonağı olan Rusiyanın "Lokomotiv" klubu təşkilatçılıqla bağlı UEFA-ya şikayət etməyə hazırlaşır. "Report"un TASS-a istinadən verdiyi məlumata görə, şikayət azarkeşlərə göstərilən polis müqaviməti ilə bağlıdır.
Klub azarkeşlərinin oyun zamanı polis zorakılığına məruz qalmasına etiraz edib və bu məqsədlə təşkilatçılıqdan narazıdır.
Qeyd edək ki, dünən keçirilmiş "Beşiktaş" - "Lokomotiv" (1:1) oyununda qonaq azarkeşlərlə yerli polis arasında insident yaşanıb.