"Lokomotiv"in baş məşqçisi Fatih Terimi tülkü adlandırıb

"Lokomotiv"in baş məşqçisi Fatih Terimi tülkü adlandırıb Rusiya "Lokomotiv"inin yeni baş məşqçisi Markus Gisdol Türkiyənin "Qalatasaray" komandasına rəhbərlik edən Fatih Terim barədə danışıb.
Futbol
306
20 Oktyabr , 2021 16:46
Lokomotivin baş məşqçisi Fatih Terimi tülkü adlandırıb

Rusiya "Lokomotiv"inin yeni baş məşqçisi Markus Gisdol Türkiyənin "Qalatasaray" komandasına rəhbərlik edən Fatih Terim barədə danışıb.

"Report"un məlumatına görə, 52 yaşlı mütəxəssis rəqib həmkarını tanıdığını bildirib.

Gisdol türkiyəli baş məşqçinin dəst-xəttinin komandada hiss olunduğunu vurğulayıb: "Mən onu tülkü baş məşqçi adlandırardım. "Qalatasaray" taktiki cəhətdən intizamlı komandadır. Cinahlarda çox sürətli oyunçuları var, pressinqdən yaxşı çıxır, hücuma çox təhlükəli atılırlar. Terim bizə bir neçə rebus və teorem verəcək ki, onları da tapmağımız lazımdır".

Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək "Lokomotiv" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi