"Liverpul" İngiltərə Premyer Liqasının ilk üçlüyünə yüksəlib

"Liverpul" İngiltərə Premyer Liqasının ilk üçlüyünə yüksəlib "Liverpul" İngiltərə çempionatının 21-ci turunun matçında Londonun "Vest Hem Yunayted" üzərində qələbə qazandı.
Futbol
31 Yanvar , 2021 22:57
Liverpul İngiltərə Premyer Liqasının ilk üçlüyünə yüksəlib

"Liverpul" İngiltərə çempionatının 21-ci turunun matçında Londonun "Vest Hem Yunayted" üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Britaniya paytaxtında keçirilən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində Məhəmməd Salah dubl edib, həmçinin Jorjinyo Veynaldum fərqlənib. Meydan sahiblərinin yeganə qolunu Kreyq Douson vurub.

"Liverpul" bu qələbədən sonra 40 xal yığıb və İngiltərə Premyer Liqasının yarış cədvəlində üçüncü yerə yüksəlib. "Vest Hem" 35 xalla beşinci yerdə qərarlaşıb.

"Liverpul" növbəti matçda "Brayton end Houv Albion"u qəbul edəcək, "Vest Hem" səfərdə Birminhem "Aston Villası"na qarşı oynayacaq.

Son xəbərlər

Orphus sistemi