“Liverpul”un yeni transferi İtaliyaya qayıda bilər
- 25 oktyabr, 2024
- 03:24
İngiltərənin “Liverpul” klubunun İtaliyan təmsilçisi “Yuventus”dan transfer etdiyi Federiko Kyeza müvəqqəti olaraq vətəninə qayıda bilər.
“Report” xəbər verir ki, bu barədə Britaniyanın “Mirror” qəzeti İtaliya mətbuatına istinadən bildirib.
Nəşrin yazdığına görə, cari mövsüm, sadəcə, 78 dəqiqə top qovan Kyeza artıq qış "transfer pəncərəsi"ndə icarə əsasında “qırmızılar”ın düşərgəsini tərk edə bilər.
“Mirror” qeyd edib ki, İtaliyanın “İnter”, “Milan” və “Roma” klubları 26 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Xatırladaq ki, “Liverpul” Federiko Kyezanı avqustda heyətinə qatmışdı. Amma müqavilənin detalları barədə məlumat verilməmişdi. 2022-ci ildən “Yuventus”da çıxış etmiş futbolçu bu müddət ərzində 51 matçda 7 dəfə fərqlənmişdi. O, “Liverpul”da isə bir məhsuldar ötürmə ilə yadda qalıb.