"Liverpul"un əsas qapıçısı sıradan çıxdı

"Liverpul"un əsas qapıçısı sıradan çıxdı Braziliyalı qolkiper oyundan bir gün əvvəl məşq zamanı komanda yoldaşı ilə toqquşma nəticəsində xəsarət alıb.
Futbol
5 Oktyabr , 2020 09:45
Liverpulun əsas qapıçısı sıradan çıxdı
Alisson Beker

"Liverpul" komandasının qapıçısı Alisson Beker çiynindən zədələndiyi üçün "Aston Villa" ilə İngiltərə Premyer Liqasının IV tur matçında oynaya bilməyib. 

"Report"un məlumatına görə, bu barədə "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp açıqlama verib. Almaniyalı baş məşqçi bildirib ki, braziliyalı qolkiper oyundan bir gün əvvəl məşq zamanı komanda yoldaşı ilə toqquşma nəticəsində xəsarət alıb. Klopp milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə müddətində Alissonun sağalacağına ümid etdiyini vurğulayıb. 

28 yaşlı qapıçı Braziliya yığmasının heyətində Boliviya və Peru ilə DÇ-2022-nin seçmə qarşılaşmalarını buraxmalı olacaq. Bu mövsüm Beker "Liverpul"un heyətində 4 oyuna 5 qol buraxıb. Komandası onun yoxluğunda "Aston Villa"ya 2:7 hesabı ilə uduzub. 

Son xəbərlər

Orphus sistemi