"Liverpul" Məhəmməd Salahı Misir millisinin düşərgəsinə buraxmayıb

"Liverpul" Məhəmməd Salahı Misir millisinin düşərgəsinə buraxmayıb İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Misir yığmasının heyətində Anqola və Qabonla matçlarda iştirak etməyəcək.
Futbol
23 Avqust , 2021 15:59
Liverpul Məhəmməd Salahı Misir millisinin düşərgəsinə buraxmayıb
Məhəmməd Salah

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Misir yığmasının heyətində Anqola və Qabona qarşı DÇ-2022-nin seçmə mərhələ oyunlarında iştirak etməyəcək.

"Report" Misir Futbol Assosiasiyasının (EFA) rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 29 yaşlı hücumçunu yığmanın düşərgəsinə göndərməyib.

"Liverpul" Salahı milliyə buraxmadığı üçün qarşı tərəfdən üzr istəyib. Klub koronavirus səbəbindən bu addımı atdıqlarını vurğulayıb və onun İngiltərəyə qayıtdıqdan sonra məcburi karantinə alınacağını əsas gətirib.

Mersisaydlılar ulduz futbolçunun daha əvvəl də karantində olduğunu və fiziki baxımdan əziyyət çəkdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Misir seçməsi sentyabrın 2-də Anqolanı qəbul edəcək, sentyabrın 5-də isə Qabonun qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi