"Liverpul" klubu 18 yaşlı hücumçu ilə müqavilə imzalayıb

"Liverpul" klubu 18 yaşlı hücumçu ilə müqavilə imzalayıb Bakı. 18 iyul. REPORT.AZ/ İngiltərənin Liverpul klubu gənc futbolçusu Rian Bruster ilə rəsmi müqavilə imzalayıb.
Futbol
18 İyul , 2018 12:08
Liverpul klubu 18 yaşlı hücumçu ilə müqavilə imzalayıb
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubu gənc futbolçusu Rian Bruster ilə rəsmi müqavilə imzalayıb. 

"Report" klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı hücumçu 2018-2019 mövsümündən etibarən İngiltərə təmsilçisinin əsas komandasında çıxış edəcək. Sözləşmənin detalları isə hələ ki, bəlli deyil. 

Qeyd edək ki, Rian Bruster 2014-cü ildə İngiltərənin "Çelsi" klubunun akademiyasından "Liverpul"a keçib. O, 2017-ci ildə keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatında 8 qol vuraraq turnirin ən yaxşı oyunçusu adına layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi