"Liverpul" İngiltərə Premyer Liqasının rekordunu təkrarlayıb

"Liverpul" İngiltərə Premyer Liqasının rekordunu təkrarlayıb Daha əvvəl buna 2013/2014 mövsümündə "Mançester Siti" müvəffəq olub. Həmin vaxt "şəhərlilər"də Yaya Ture, Serxio Aquero və Edin Ceko 15 və daha çox qolla yadda qalıb
Futbol
351
11 May , 2022 09:20
Liverpul İngiltərə Premyer Liqasının rekordunu təkrarlayıb

"Liverpul" İngiltərə Premyer Liqasında "Mançester Siti"nin rekordunu təkrarlayıb.

"Report" "Opta Joe" nəşrinə istinadən xəbər verir ki, Yurgen Kloppun baş məşqçi olduğu komanda buna "Aston Villa"ya 2:1 hesabı ilə qalib gəldikləri XXXIII turdan təxirə salınmış oyunda nail olub.

Mersisayd təmsilçisinin heyətində qələbə qolunu 65-ci dəqiqədə Sadio Mane vurub. Beləliklə, "Liverpul"da bir mövsümdə 3 futbolçu 15 və daha artıq qola imza atıb. Dioqu Jota və Mane 15, Məhəmməd Salah 22 dəfə fərqlənib.

Daha əvvəl buna 2013/2014 mövsümündə "Mançester Siti" müvəffəq olub. Həmin vaxt "şəhərlilər"də Yaya Ture, Serxio Aquero və Edin Ceko 15 və daha çox qolla yadda qalıb.

Qeyd edək ki, "Liverpul" 36 oyundan sonra 86 xalla ikinci pillədə qərarlaşıb. Rəqibindən bir oyun az keçirən lider "Mançester Siti"nin də eyni xalı var.

Son xəbərlər

Orphus sistemi