"Liverpul" ilin komandası, Klopp ən yaxşı baş məşqçi seçildi

"Liverpul" ilin komandası, Klopp ən yaxşı baş məşqçi seçildi Böyük Britaniyada 2020-ci ilin ən yaxşı komandası və baş məşqçisi müəyyənləşib.
Futbol
21 Dekabr , 2020 20:32
Liverpul ilin komandası, Klopp ən yaxşı baş məşqçi seçildi

Böyük Britaniyada 2020-ci ilin ən yaxşı komandası və baş məşqçisi müəyyənləşib.

"Report" xəbər verir ki, BBC-nin verisyasına əsasən, bu ada "Liverpool" və bu kluba rəhbərlik edən Yurgen Klopp layiq görülüb.

Bununla bağlı təəssüratlarını bölüşən almaniyalı mütəxəssis futbolçularının mükafata layiq olduğunu bildirib: "Onlar inanılmaz iş gördülər. Bu, istedad, xarakter, istək və gücün vəhdətidir. Bütün bunlar "Liverpul"da bir araya gəlib. Çempion olduğumuz an bizim üçün unudulmazdır".

Qeyd edək ki, "Liverpul" Yurgen Kloppun başçılığı altında 2019/2020 mövsümündə "Mançester Siti"ni 18 xal qabaqlayaraq 30 ildən sonra ölkə çempionluğunu qazanıb.

Son xəbərlər

Orphus sistemi