"Liverpul" İngiltərə Liqa Kubokundan kənarlaşdırılma cəzasından qurtulub

"Liverpul" İngiltərə Liqa Kubokundan kənarlaşdırılma cəzasından qurtulub İngiltərə Futbol Liqası Liverpul klubuna qarşı aparılmış araşdırmanın nəticəsini açıqlayıb.
Futbol
3 Oktyabr , 2019 12:02
Liverpul İngiltərə Liqa Kubokundan kənarlaşdırılma cəzasından qurtulub

İngiltərə Futbol Liqası "Liverpul" klubuna qarşı aparılmış araşdırmanın nəticəsini açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi Liqa Kubokunun 1/16 finalında "Milton Kins Dons"la matçda səhvə yol verib. Həmin görüşdə iştirak hüququ olmayan Pedro Çirivelya çıxış edib.

"Liverpul" turnirdən uzaqlaşdırılmaqdan yayınaraq, 200 min funt sterlinq məbləğində cərimə ilə qurtulub. Məbləğin yarısı şərtidir və növbəti mövsüm hansısa qayda pozulacağı təqdirdə, klub onu ödəməli olacaq.

Qeyd edək ki, qarşılaşma "Liverpul"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi