"Liverpul"da debüt etmək üçün komanda yoldaşını zədələdi

"Liverpul"da debüt etmək üçün komanda yoldaşını zədələdi "Məşq zamanı hər zaman ona yaxın oynayırdım və davamlı olaraq ayaqlarına vururdum"
Futbol
17 Oktyabr , 2020 11:24
Liverpulda debüt etmək üçün komanda yoldaşını zədələdi
Tom Brüit

İngiltərə "Liverpul"unun gənclərdən ibarət komandasının futbolçusu Tom Brüit qonaq olduğu "Football Journeys" verilişində maraqlı etiraf edib.

"Report" xəbər verir ki, 23 yaşlı müdafiəçi əsas komandaya düşmək üçün məşq zamanı onunla eyni mövqedə çıxış edən Deniel Klirini zədələdiyini bildirib.

O, belə addımını "Liverpul"da debüt etmək üçün hər şeyə hazır olması ilə əlaqələndirib: "Məşq zamanı hər zaman ona yaxın oynayırdım və davamlı olaraq ayaqlarına vururdum. Klirini çox incitməməyə çalışırdım. Amma oynaya bilməməsi üçün əlimdən gələni edirdim. Nəticədə, münasib məqamda ona kobud sürüşmə fəndi edə bildim".

Hərəkətindən utanmadığın söyləyən müdafiəçi həmçinin bununla fəxr etmədiyini deyib.

Qeyd edək ki, Deniel Klirini zədələməsinə baxmayaraq, Tom Brüitin özü də eyni səbəbdən əsas komandada debüt edə bilməyib.

Son xəbərlər

Orphus sistemi