“Liverpul” azı bir neçə həftə əsas qapıçısız qalacaq

“Liverpul” azı bir neçə həftə əsas qapıçısız qalacaq “Liverpul”un əsas qapıçısı Alisson Bekerin zədəsinin ciddi olduğunu ortaya çıxıb.
Futbol
2 Mart , 2024 03:01
“Liverpul” azı bir neçə həftə əsas qapıçısız qalacaq

“Liverpul”un əsas qapıçısı Alisson Bekerin zədəsinin ciddi olduğu ortaya çıxıb.

“Report” “Liverpool Echo”ya istinadən xəbər verir ki, bu barədə “qırmızılar”ın baş məşqçisi Yürgen Klopp söyləyib.

“Bizdə onun geridönüş tarixi yoxdur, bu, ciddi əzələ zədəsidir. Qısamüddətli deyil. Bu, ciddi zədədir, lakin o cari mövsüm hələ oynayacaq”, – almaniyalı çalışdırıcı şərh verib.

Nəşrin yazdığına görə, Mersisayd təmsilçisinin 31 yaşlı futbolçusu azı 6 oyun buraxacaq. Bunların arasında “Mançester Siti”yə qarşı Premyer Liqa matçı, “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunun 1/4 finalı, həmçinin Avropa Liqasının 1/8 final oyunları da var.

Hazırda “qırmızılar”ın qapısını irlandiyalı Kuivin Kelleher qoruyur. 25 yaşlı qapıçı son oyunlarında, o cümlədən “Çelsi”yə qarşı final matçındakı uğurlu çıxışı ilə braziliyalı qolkiperin yoxluğunu unutdura bilib.

Son xəbərlər

Orphus sistemi