"Liverpul" "Arsenal"ı məğlub etdi

"Liverpul" "Arsenal"ı məğlub etdi İngiltərə Premyer Liqasında III turun mərkəzi görüşü "Liverpul" və "Arsenal" komandaları arasında keçirilib.
Futbol
29 Sentyabr , 2020 00:51
Liverpul Arsenalı məğlub etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında III turun mərkəzi görüşü "Liverpul" və "Arsenal" komandaları arasında keçirilib. 

"Report"un məlumatına görə, "Enfild" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1. 

İlk qolu 25-ci dəqiqədə qonaq komandadan Aleksandr Lyakazett vurub. "Liverpul" bundan 3 dəqiqə sonra Sadio Manenin, 34-cü dəqiqədə isə Endrü Robertsonun dəqiq zərbələri ilə fasiləyə öndə çıxıb. 88-ci dəqiqədə isə Dioqu Jota yekun nəticəni müəyyənləşdirib. 

Bu qələbə sayəsində xalını 9-a çatdıran "Liverpul" "Lester" və "Everton"la birgə ilk 3 pilləni bölüşür. İlk məğlubiyyətini alan "Arsenal" isə 6 xalla 5-ci yerdə gedir.   

Son xəbərlər

Orphus sistemi