Liqa Kuboku: "Tottenhem" ilk finalçı oldu

Liqa Kuboku: "Tottenhem" ilk finalçı oldu Futbol üzrə İngiltərə Liqa Kubokunda ilk finalçı müəyyənləşib.
Futbol
6 Yanvar , 2021 01:59
Liqa Kuboku: Tottenhem ilk finalçı oldu

Futbol üzrə İngiltərə Liqa Kubokunda ilk finalçı müəyyənləşib.

"Report"un məlumatına görə, yarımfinal səddini "Tottenhem" komandası uğurla adlayıb. London təmsilçisi "Brentford"u mübarizədən kənarlaşdırıb - 2:0. Qolları 12-ci dəqiqədə Mussa Sissoko və 70-ci dəqiqədə Son Hın Min vurub.

Digər yarımfinalda "Mançester Yunayted" və "Mançester Siti" klubları üz-üzə gələcək. Görüş yanvarın 6-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi