Lionel Messinin atası La Liqaya məktub göndərdi, təzminat ödənilməməlidir

Lionel Messinin atası La Liqaya məktub göndərdi, təzminat ödənilməməlidir İspaniyanın "Barselona" klubuun ulduz futbolçusu Lionel Messinin atası Xorxe Messi La Liqa rəhbərliyinə məktub göndərib.
Futbol
4 Sentyabr , 2020 17:00
Lionel Messinin atası La Liqaya məktub göndərdi, təzminat ödənilməməlidir

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messinin atası Xorxe Messi La Liqa rəhbərliyinə məktub göndərib. 

"Report" yerli mətbuata istinadən xəbər verir ki, o, 33 yaşlı hücumçunun Kataloniya təmsilçisi ilə müqaviləni tək tərəfli ləğv etmək ixtiyarında olduğunu bildirib. 

X.Messinin sözlərinə görə, argentinalı forvardın klubla bağladığı sözləşmədə 2019/2020 mövsümünün sonunda müqaviləni birtərəfli ləğv etmək barədə bənd var və bunun üçün hər hansı təzminat ödənilməməlidir. 

Qeyd edək ki, daha əvvəl La Liqa rəhbərliyi Messinin 700 milyon avroluq təzminat məbləği qarşılığında "Barselona"dan ayrıla biləcəyini bildirib.  Britaniya mətbuatı Lionel Messinin "Mançester Siti" ilə anlaşdığını yazıb. Hücumçu 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi