Lionel Messi qol sayında Peleni geridə qoyub

Lionel Messi qol sayında Peleni geridə qoyub Fransanın PSJ klubunun futbolçusu Lionel Messi karyerası ərzində vurduğu qolların sayını 758-ə çatdırıb.
Futbol
8 Dekabr , 2021 00:34
Lionel Messi qol sayında Peleni geridə qoyub

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi karyerası ərzində vurduğu qolların sayını 758-ə çatdırıb.

"Report" xəbər verir ki, argentinalı hücumçu buna Belçika "Brügge"sinə 4:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununda dubl etməklə nail olub.

34 yaşlı forvard qol sayına görə Braziliya millisinin sabiq futbolçusu Peleni geridə qoyub. Əfsanəvi oyunçunun aktivində 757 qol var.

Qeyd edək ki, Lionel Messi "Brügge" ilə matçın 38-ci və 76-cı dəqiqələrində fərqlənib.

Son xəbərlər

Orphus sistemi