Lionel Messi ölkəsində ölümlə hədələnib
Futbol
- 02 mart, 2023
- 14:37
Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi ölkəsində ölümlə hədələnib.
"Report" "Cadena 3" radiosuna istinadən xəbər verir ki, naməlum şəxslər 36 yaşlı hücumçunun doğma şəhəri olan Rosarioda həyat yoldaşı Antonella Rokutsanın ailəsinə məxsus mağazaya 14 dəfə atəş açıblar. İnsident nəticəsində xəsarət alan olmayıb.
Onlar həmçinin divara qara kömürlə "Messi, səni gözləyirik. Pablo Yavkin (Rosario şəhərinin hazırkı meri - E.S) narkotik alverçisidir, səni xilas etməyəcək" yazıblar.
Polis hadisənin səbəblərini və həmin şəxslərin kimlyini araşdırır. Yerli hakimiyyət hesab edir ki, cinayətkarlar Messidən pul qoparmaq məqsədilə bu yola əl atıblar.
Son xəbərlər
18:56
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb
Hadisə18:52
Husilər Bab əl-Məndəbdəki son iki adanı da ələ keçiriblər
Digər ölkələr18:48
Foto
Xarici diplomatlar Şuşanın Birinci yaşayış məhəlləsini ziyarət ediblər
Xarici siyasət18:46
Foto
Azərbaycan təmsilçisi çimərlik polosu üzrə beynəlxalq yarışa qələbə ilə başlayıb
Komanda18:40
Foto
AZPROMO: Azərbaycan sahibkarları Çində xidmət ixracı imkanları ilə bağlı müzakirələr aparırlar
Biznes18:33
Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb
Futbol18:27
Türkiyədə hərbi maşın aşıb, ölən və yaralananlar var
Region18:25
Foto
Diplomatik korpus Şuşada qala divarlarını ziyarət edib
Xarici siyasət18:08