Messi La Liqanın son turunda oynamayacaq

Messi La Liqanın son turunda oynamayacaq Argentinalı oyunçunun hazırlıq prosesinə qatılmadığı da bildirilib
Futbol
21 May , 2021 13:25
Messi La Liqanın son turunda oynamayacaq
Lionel Messi

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi La Liqanın XXXVIII - sonuncu turunda oynamayacaq.

"Report" Kataloniya təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu "Eybar"la görüşdə meydana çıxmayacaq.

Argentinalı forvardın bu gün məşqçilər heyətinin icazəsi ilə hazırlıq prosesinə qatılmadığı da bildirilib.

Qeyd edək ki, mayın 22-də keçiriləcək "Eybar" - "Barselona" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Mövsümün sonunda müqaviləsi başa çatacaq Messinin klubdan ayrılacağı gözlənilir.

"Barselona" sona bir tur qalmış La Liqada çempionluq şansını itirib.

Son xəbərlər

Orphus sistemi