Lionel Messi ciddi zədə təhlükəsi ilə üzləşib

Lionel Messi ciddi zədə təhlükəsi ilə üzləşib Argentina millisinin ulduz futbolçusu Lionel Messi ciddi zədə təhlükəsi ilə üzləşib.
Futbol
3 Sentyabr , 2021 11:28
Lionel Messi ciddi zədə təhlükəsi ilə üzləşib
Lionel Messi

Argentina millisinin ulduz futbolçusu Lionel Messi ciddi zədə təhlükəsi ilə üzləşib.

"Report"un məlumatına görə, 34 yaşlı hücumçu 2022-ci il dünya çempionatının Venesuelaya qarşı seçmə oyununda ayağından zərbə alıb.

Rəqib oyunçu Luis Martines Messiyə qarşı kobudluq edib və 32-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Bu, Fransa PSJ-sində çıxış edən forvardın ayağının sınması ilə nəticələnə bilərdi.

Qeyd edək ki, qarşılaşma Argentina millisinin 3:1 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Lionel Messi sonadək meydanda olub.

Son xəbərlər

Orphus sistemi