Lionel Messi 10 ilin ən yaxşı oyun qurucusu hesab edildi

Lionel Messi 10 ilin ən yaxşı oyun qurucusu hesab edildi İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi son 10 ilin ən yaxşı oyun qurucusu seçilib.
Futbol
12 Yanvar , 2021 09:50
Lionel Messi 10 ilin ən yaxşı oyun qurucusu hesab edildi
Lionel Messi

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi son 10 ilin ən yaxşı oyun qurucusu seçilib.

"Report" xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) nominasiyada qalibi müəyyənləşdirərkən əvvəlki illərin göstəricilərini də nəzərə alıb.

34 yaşlı argentinalı hücumçu 2015, 2016, 2017 və 2019-cu illərdə ən yaxşı oyun qurucu seçilib. Messi 2011, 2014, 2018 və 2020-ci illərdə isə ikinci olub.

Siyahıda "Barselona"nın sabiq futbolçusu və hazırda Yaponiyanın "Vissel Kobe" klubunda oynayan Andres İnyesta ikinci, "Real Madrid"in yarımmüdafiəçi Luka Modriç isə üçüncü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi