"Lion"un futbolçusu millimizlə matçda oynamayacaq

"Lion"un futbolçusu millimizlə matçda oynamayacaq 21 yaşadək futbolçulardan ibarət Fransa millisi Azərbaycana qarşı keçirəcəkləri matçdan əvvəl itki ilə üzləşib.
Futbol
7 Sentyabr , 2020 09:00
Lionun futbolçusu millimizlə matçda oynamayacaq
Jeff Ren-Adelaid

21 yaşadək futbolçulardan ibarət Fransa millisi Azərbaycana qarşı keçirəcəyi matçdan əvvəl itki ilə üzləşib. 

"Report" yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Silven Ripoll "Lion"da çıxış edən Jeff Ren-Adelaidin xidmətindən yararlana bilməyəcək. 

Komandanın kapitanı Gürcüstanı səfərdə 2:0 hesabı ilə məğlub etdikləri matçda zədələnib. Əzələsindən xəsarət almış 22 yaşlı yarımmüdafiəçi 26-cı dəqiqədə əvəzlənib. Buna baxmayaraq, Ren-Adelaid komanda ilə birlikdə Azərbaycana səfər edib. 

Qeyd edək ki, bu gün Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa matçı saat 21:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi