“Lion” Fransa çempionatının lideri oldu

“Lion” Fransa çempionatının lideri oldu Fransa 1-ci Liqasının 26-cı turunda “Brest” “Lion”u qəbul edib
Futbol
20 Fevral , 2021 03:49
“Lion” Fransa çempionatının lideri oldu

Fransa Birinci Liqasının 26-cı turunda “Brest” “Lion”u qəbul edib.

“Report” xəbər verir ki, “Fransis-Le-Ble” stadionunda keçirilən görüş qonaqların 3:2 hesabla qələbəsi ilə başa çatıb.

Görüşdə hesab 9-cu dəqiqədə açılıb - “Lion”un yarımmüdafiəçi Lukas Paketa fərqlənib. 29-cu dəqiqədə Memfis Depayın ötürməsindən sonra Ussem Auar komandasının ikinci qoluna imza atıb. 44-cu dəqiqədə isə Depay özü penaltidən fərqlənib.

İkinci hissədə “Brest” top fərqini minimuma endirməyə nail olub. 53-cü dəqiqədə Brendan Şardonne vurulan qolların birinin əvəzini çıxıb. 74-cu dəqiqədə isə Şardonnenin otürməsindən sonra İrvin Kardona fərqlənib. Bu, oyunda sonuncu qol olub.

Beləliklə, “Lion” 26 matçda 55 xal toplayaraq turnir cədvəlinin birinci pilləsinə yüksəlib. "Brest" 31 xalla 12-ci yerdədir.

Son xəbərlər

Orphus sistemi