"Lill" PSJ-ni 5:1 hesabı ilə darmadağın edib

"Lill" PSJ-ni 5:1 hesabı ilə darmadağın edib Futbol üzrə Fransa çempionatının 32-ci turunda Lill PSJ-ni 5:1 hesabı ilə darmadağın edib.
Futbol
15 Aprel , 2019 03:44
Lill PSJ-ni 5:1 hesabı ilə darmadağın edib

Futbol üzrə Fransa çempionatının 32-ci turunda "Lill" PSJ-ni 5:1 hesabı ilə darmadağın edib.

"Report" xəbər verir ki, Lill şəhərinin "Pyer-Morua" stadionunda keçən görüşü baş hakim Benua Bastyen idarə edib.

Matçda hesab 7-ci dəqiqədə açılıb. Toma Myönye topu öz qapısına göndərib. Bir neçə dəqiqədən sonra PSJ Xuan Bernatın qolu sayəsində hesabda tarazlıq yaradıb. 36-cı dəqiqədə Bernat birbaşa qırmızı vərəqə alıb. Oyunda son nöqtəni Joze Fonte qoyub.

"Lill" bu qələbə sayəsində xallarının sayını 64-ə çatdırıb və əvvəlki kimi turnir cədvəlində ikinci yerdə qərarlaşıb, PSJ 81 xalla birincidir.

Fransa I Liqası. 32-ci tur

"Lill" – PSJ - 5:1

Qollar: 1:0 – Myönye – 7 (avtoqol), 1:1 – Bernat – 11, 2:1 – Pepe – 51, 3:1 – Bamba – 65, 4:1 – Qabriel – 71, 5:1 – Fonte – 84

Qırmızı vərəqə: Bernat, 36 (PSJ)

Son xəbərlər

Orphus sistemi