“Leyptsiq” tarixində ilk dəfə Almaniya Kubokunu qazanıb

“Leyptsiq” tarixində ilk dəfə Almaniya Kubokunu qazanıb Almaniya Kubokunun finalında “Leyptsiq” “Frayburq”u (1:1, penalti seriyası - 4:2) məğlub edib.
Futbol
22 May , 2022 03:42
“Leyptsiq” tarixində ilk dəfə Almaniya Kubokunu qazanıb

Almaniya Kubokunun finalında “Leyptsiq” “Frayburq”u (1:1, penalti seriyası - 4:2) məğlub edib.

“Report” xəbər verir ki, bu, 2009-cu ildə yaradılan klub tarixində bu, ilk rəsmi kubokdur. 2019 və 2021-ci illərdə “öküzlər” artıq ölkə kubokunun finalına çıxsalar da, məğlubiyyətlə üzləşiblər.

Həmçinin, “Leyptsiq” 13 illik tarixində iki dəfə Avropa yarışlarında yarımfinal mərhələsinə yüksəlib - komanda 2019/2020 mövsümündə Çempionlar Liqasının 1/2 finalında PSJ-yə uduzub ( 0:3), cari mövsümdə isə Avropa Liqasının yarımfinalında Şotlandiyanın “Reyncer” komandasına məğlub olub (1:0; 1:3).

Almaniya çempionatının başa çatan 2021/2022 mövsümünün nəticələrinə görə, “Leyptsiq” 58 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Komandanın baş məşqçisi Domeniko Tedeskodur.

Son xəbərlər

Orphus sistemi