"Leypsiq" futbol üzrə Almaniya Kubokunun finalına çıxdı

"Leypsiq" futbol üzrə Almaniya Kubokunun finalına çıxdı "Verder" və "Leypsiq" futbol komandaları arasında Almaniya Kubokunun yarımfinal matçı olub
Futbol
1 May , 2021 03:15
Leypsiq futbol üzrə Almaniya Kubokunun finalına çıxdı

"Verder" və "Leypsiq" futbol komandaları arasında Almaniya Kubokunun yarımfinal matçı keçirilib.

“Report” xəbər verir ki, görüş Bremendə "Vezerştadion" stadionunda baş tutub.

Qarşılaşma "Leypsiq"in üstünlüyü ilə keçib. Artıq görüşün dördüncü dəqiqəsində qonaqların hücumçusu Aleksandr Sorlot komandasını hesabda irəli çıxarmaq imkanı qazanıb, lakin "Verder"in qapıçısı İrji Pavlenka rəqib komandanın hücumçusunun zərbəsini dəf edə bilib.

İkinci hissədə qonaqlar "Verder"in qapısına hücümları davam etdiriblər. "Leypsiq"in futbolçuları Kristofer Nkunku və Villi Orban fərqlənmək imkanı qazansalar da, Pavlenka növbəti dəfə qapısının toxunulmazlığını qorumağa müvəffəq olub. Matçın əsas vaxtı 0:0 hesablı heç-heçə ilə bitib.

Qarşılaşmanın 93-cü dəqiqəsində "Leypsiq"in hücumçusu Xi Çxan Xvan matçda hesabı açmağa müvəffəq olub. Amma 13 dəqiqə sonra “Verder”in yarımmüdafiəçisi Leonardo Bitenkur oyunda hesabı bərabərləşdirib. Bununla belə, 120+1 dəqiqədə "Leypsiq"in hücumçusu Emil Forsberq oyunda son nöqtəni qoyub.

Son xəbərlər

Orphus sistemi