"Lex"inin baş məşqçisi: "Qələbə qazanmaq vacib idi"
Futbol
- 05 iyul, 2022
- 20:47
"Mənim üçün yeni klubdakı ilk matçda qələbə qazanmaq vacib idi. Amma indi növbəti görüşü düşünürük və artıq cavab qarşılaşması üzərində işləyirik".
"Report"un məlumatına görə, bunu Polşa "Lex"inin baş məşqçisi Con van den Brom evdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
56 yaşlı mütəxəssis matç zamanı və görüşdən əvvəl də həyəcanlı olduğunu bildirib. "Oyunçular və azarkeşlər üçün əla şou oldu".
Niderlandlı baş məşqçi oyun ərzində müdafiə olunduqlarını söyləyib: "Bu, Çempionlar Liqasıdır və buranın fərqli qaydaları var. İlk hissədə top daha çox rəqibdə oldu və onlara müqavimət göstərməyə çalışdıq. Hər kəs meydanda qalib gəlmək istəyirdi".
Son xəbərlər
11:01
İlham Əliyev Litva Prezidentini təbrik edib
Xarici siyasət10:54
Foto
Tel-Əviv və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub
Mədəniyyət siyasəti10:50
AMB əhaliyə xidmət üzrə fəaliyyətini təkmilləşdirir
Maliyyə10:47
Maqnus Karlsen ilk dəfə keçirilən şahmat növündə dünya çempionu olub
Fərdi10:46
Yeni tədris ili üzrə xaricdə təhsil proqramına sənəd qəbulunun başlama tarixi açıqlanıb
Elm və təhsil10:43
Keçən ay 23 milyon manata yaxın dəyərdə narkotik vasitə dövriyyədən çıxarılıb
Daxili siyasət10:42
Yanvarda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 207 nəfər məsuliyyətə cəlb olunub
Daxili siyasət10:42
"Mançester Yunayted" Almaniya millisinin baş məşqçisi ilə danışıqlara başlayıb
Futbol10:38