"Lex"in kapitanı: "Qarabağ" bizi təəccübləndirmədi"

"Lex"in kapitanı: "Qarabağ" bizi təəccübləndirmədi" "Rəqib bizi təəccübləndirmədi".
Futbol
6 İyul , 2022 09:00
Lexin kapitanı: Qarabağ bizi təəccübləndirmədi

"Rəqib bizi təəccübləndirmədi".

"Report"un məlumatına görə, bunu Polşa "Lex"inin kapitanı Mikael İshak evdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

Görüşdə yeganə qolun müəllifi olan 29 yaşlı hücumçu "köhlən atlar"ın yaxşı komanda olduğunu söyləyib: "Onların avrokuboklarda böyük təcrübələri var. Rəqibə topla oynamağa imkan verdik. Amma biz bu nəticəyə sevinirik".

İsveçli forvard matç üçün yaxşı planlarının olduğunu sözlərinə əlavə edib: "Qələbənin mükəmməl yolunu tapdığımızı hiss etdik. Sonadək mübarizə apardıq. Bu da nəticəyə gətirib çıxardı".

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq.

Son xəbərlər

Orphus sistemi