"Lex"in baş məşqçisi: "Diqqətimizi Bakıdakı qarşılaşmaya yönəldəcəyik"

"Lex"in baş məşqçisi: "Diqqətimizi Bakıdakı qarşılaşmaya yönəldəcəyik" "Finalda uduzmaq əyləncəli deyil. Biz gələcəyə baxırıq. Bu matçı təhlil edib diqqətimizi Bakıdakı qarşılaşmaya yönəldəcəyik".
Futbol
10 İyul , 2022 09:13
Lexin baş məşqçisi: Diqqətimizi Bakıdakı qarşılaşmaya yönəldəcəyik

"Finalda uduzmaq əyləncəli deyil. Biz gələcəyə baxırıq. Bu matçı təhlil edib diqqətimizi Bakıdakı qarşılaşmaya yönəldəcəyik".

"Report"un məlumatına görə, bunu "Lex"in baş məşqçisi Con van den Brom "Rakuv"a 0:2 hesabı ilə uduzduqları Polşa Super Kuboku uğrunda qarşılaşmadan sonra deyib.

56 yaşlı mütəxəssis "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü ilə əlaqədar fərqli "11-liy"ə şans verdiyini söyləyib.

Niderlandlı baş məşqçi məğlubiyyətə rəğmən meydana çıxan futbolçulardan razı qaldığını söyləyib.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.

Son xəbərlər

Orphus sistemi