Levandovski Ronaldunun göstəricisini təkrarlayıb, Müllerin rekordunu qırıb

Levandovski Ronaldunun göstəricisini təkrarlayıb, Müllerin rekordunu qırıb Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.
Futbol
18 Dekabr , 2021 10:21
Levandovski Ronaldunun göstəricisini təkrarlayıb, Müllerin rekordunu qırıb
Robert Levandovski

Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.

"Report"un məlumatına görə, polşalı forvard buna evdə "Volfsburq"u 4:0 hesabı ilə məğlub etdikləri Bundesliqanın XVII tur matçında fərqlənməklə nail olub.

Qarşılaşmanın 87-ci dəqiqəsində rəqib qapısına yol tapan 33 yaşlı hücumçu bir təqvim ilində bütün turnirlər daxil olmaqla 69-cu qolunu vuraraq portuqaliyalı oyunçuya çatıb. Bu il ölkə çempionatında qollarının sayını 43-ə çatdıran Levandovski Almaniya millisinin əfsanəvi hücumçusu Gerd Müllerin 1972-ci ildəki rekordunu (42 qol) yeniləyib.

Qeyd edək ki, bir təqvim ilində vurulan qolların sayına görə rekord hazırda Fransa PSJ-sinin formasını geyinən Lionel Messiyə məxsusdur. Argentinalı forvard 2012-ci ildə İspaniya "Barselona"sında oynayarkən 91 qol vurmuşdu.

Son xəbərlər

Orphus sistemi