Levandovski PSJ ilə hər iki oyunu buraxacaq

Levandovski PSJ ilə hər iki oyunu buraxacaq Almaniyanın "Bavariya" klubunun və Polşa millisinin futbolçusu Robert Levandovski zədə üzündən 4 həftəyədək sıradan çıxıb.
Futbol
30 Mart , 2021 21:15
Levandovski PSJ ilə hər iki oyunu buraxacaq
Robert Levandovski

Almaniyanın "Bavariya" klubunun və Polşa millisinin futbolçusu Robert Levandovski zədə üzündən 4 həftəyədək sıradan çıxıb.

"Report"un Münhen təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 33 yaşlı hücumçunun sağ diz bağlarında gərilmə aşkarlanıb. O, Çempionlar Liqasında Fransa PSJ-si ilə 1/4 final mərhələsinin hər iki görüşündə iştirak etməyəcək. Həmin oyunlar aprelin 7-də və 13-də olacaq.

Qeyd edək ki, Robert Levandovski yığmanın heyətində Andorranı 3:0 hesabı ilə yendikləri dünya çempionatının seçmə oyununun 63-cü dəqiqəsində əvəzlənməli olub. Martın 30-da İngiltərə ilə görüşü buraxacaq Levandovski klubunun düşərgəsinə qayıdıb.

Son xəbərlər

Orphus sistemi