Levandovski Messi və Ronaldunu qabaqladı

Levandovski Messi və Ronaldunu qabaqladı FIFA keçirdiyi sorğuda birinci olaraq dünyanın ən yaxşı futbolçusu seçilən Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski daha bir mükafat qazanıb.
Futbol
24 Dekabr , 2020 15:31
Levandovski Messi və Ronaldunu qabaqladı
Robert Levandovski

FIFA keçirdiyi sorğuda birinci olaraq dünyanın ən yaxşı futbolçusu seçilən Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski daha bir mükafat qazanıb.

"Report" xəbər verir ki, polşalı forvard İngiltərənin "The Guardian" nəşrinin versiyasına görə 2020-ci ilin ən yaxşı oyunçusu adına layiq görülüb.

32 yaşlı futbolçu İspaniya "Barselona"sından Lionel Messini və İtaliya "Yuventus"undan Kriştianu Ronaldunu geridə qoyub.

Qeyd edək ki, qalibi ən yaxşı keçmiş futbolçular, baş məşqçilər və idman jurnalistlərindən ibarət münsiflər heyəti müəyyənləşdirib.

Son xəbərlər

Orphus sistemi