Levandovski İngiltərə millisinə qarşı oynamayacaq

Levandovski İngiltərə millisinə qarşı oynamayacaq Polşa millisinin və Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski zədələnib
Futbol
29 Mart , 2021 14:19
Levandovski İngiltərə millisinə qarşı oynamayacaq
Robert Levandovski

Polşa millisinin və Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski zədələnib.

"Report" Polşa Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, Andorra yığmasına 3:0 hesabı ilə qalib gəldikləri DÇ-2022-nin seçmə mərhələ oyununda sağ diz bağlarından xəsarət alan 33 yaşlı hücumçunun təqribən 10 gün yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Təcrübəli forvard kapitanı olduğu yığmanın İngiltərə seçməsi ilə matçını buraxacaq.

Qeyd edək ki, martın 31-də Londondakı "Uembli" stadionunda keçiriləcək İngiltərə - Polşa görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi