Lev Yaşın tarixin ən yaxşı qapıçısı seçilə bilər

Lev Yaşın tarixin ən yaxşı qapıçısı seçilə bilər SSRI milli komandası ilə 1960-cı ildə Avropa çempionu olan Lev Yaşin dünya tarixinin ən yaxşı qapıçısı nominasiyasında namizəd olub.
Futbol
5 Oktyabr , 2020 13:23
Lev Yaşın tarixin ən yaxşı qapıçısı seçilə bilər
Lev Yaşin

SSRI milli komandası ilə 1960-cı ildə Avropa çempionu olmuş Lev Yaşin dünya tarixinin ən yaxşı qapıçısı nominasiyasında namizəd olub. 

"Report"un məlumatına görə, keçmiş qolkiper "France Football" jurnalının versiyası əsasında "10-luğ"a daxil edilib. Nəşr hər mövqe üçün eyni sayda namizəd müəyyənləşdirib. Qalibləri seçmək üçün dünyanın aparıcı media orqanlarından olan 177 jurnalist arasında sorğu keçiriləcək. 

Yaşinlə yanaşı, namizəd göstərilən qapıçılar arasında Qordon Benks (İngiltərə), Canluici Buffon, Dino Zoff (hər ikisi İtaliya), İker Kasilyas (İspaniya), Zepp Mayer, Manuel Noyer (hər ikisi Almaniya), Tomas Nkono (Kamerun), Peter Şmayxel (Danimarka), Edvin van der Sar (Niderland) də yer alıb. 

Qeyd edək ki, Lev Yaşin karyerası ərzində yalnız Moskva "Dinamo"sunun formasını geyinib.

Son xəbərlər

Orphus sistemi