Lempard qola sevinərkən əlini sındırıb

Lempard qola sevinərkən əlini sındırıb İngiltərənin "Everton" klubunun baş məşqçisi Frenk Lempard kuryoz hadisə nəticəsində zədələnib.
Futbol
18 Mart , 2022 12:36
Lempard qola sevinərkən əlini sındırıb
Frenk Lempard

İngiltərənin "Everton" klubunun baş məşqçisi Frenk Lempard kuryoz hadisə nəticəsində zədələnib.

"Report"un məlumatına görə, bu barədə, 44 yaşlı mütəxəssisin özü açıqlama verib.

O bildirib ki, evdə "Nyukasl" üzərində son dəqiqə qolu ilə qazanılan qələbəyə sevinərkən əlini sındırıb: "Heç nəyə yumruq atmadım. Amma 2 dəqiqə sonra əlimin titrədiyini hiss etdim. Bu cür nəticələr qazansaq, hər həftə əziyyət çəkəcəyəm".

Qeyd edək ki, "Everton" Premyer Liqanın XX turundan təxirə salınmış qarşılaşmada Aleks İvobinin 90+9-cu dəqiqədə vurduğu qolla qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi