UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq Polşa "Legiya"sının iştirak ərizəsində dəyişiklik edilib.
"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, fransalı müdafiəçi Vilyam Remi heyətdən çıxarılıb.
29 yaşlı oyunçunun yerinə portuqaliyalı müdafiəçi Luis Roşa 30 futbolçudan ibarət siyahıya əlavə olunub.
Qeyd edək ki, oktyabrın 1-də Polşadakı "Voyska Polskoqo" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.