"Legiya"nın futbolçusu: "Qarabağ"la oyundan qorxmuruq"

"Legiya"nın futbolçusu: "Qarabağ"la oyundan qorxmuruq" "Hər komandanın öz hədəfləri olur. Bizim məqsədimiz Avropa Liqasında qrupa düşməkdir. İstəyimizə nail olmaq üçün əlimizdən gələni edəcəyik".
Futbol
960
30 Sentyabr , 2020 14:24
Legiyanın futbolçusu: Qarabağla oyundan qorxmuruq
Filip Mladenoviç

"Hər komandanın öz hədəfləri olur. Bizim məqsədimiz Avropa Liqasında qrupa düşməkdir. İstəyimizə nail olmaq üçün əlimizdən gələni edəcəyik".

"Report"un məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının futbolçusu Filip Mladenoviç klubun rəsmi saytına açıqlamasında UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri oyun barədə danışarkən deyib.

Serbiyalı müdafiəçi bildirib ki, Azərbaycan çempionu ilə qarşılaşmadan qorxmur: "Səylə çalışsanız, öz işinizi görsəniz oyuna ən yaxşı vəziyyətdə çıxacaqsınız. Mən özümə, komandamada kömək etmək istəyirəm. Hamımız bu barədə düşünürük. Meydana həmişə hər şeyin yaxşı olacağı fikri ilə çıxıram. İnanıram ki, yaxşı işlər görə biləcəyik".

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi