"Legiya"nın baş məşqçisi Mahir Emrelidən danışdı
Futbol
- 07 iyun, 2021
- 15:17
Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında danışıb.
"Report"un məlumatına görə, 51 yaşlı mütəxəssis "Legionisci" nəşrinə müsahibəsində 24 yaşlı hücumçunun bu gün tibbi müayinədən keçdiyini xatırladıb.
Polşalı baş məşqçi Emrelinin bəzi testlərinin qaldığını söyləyib: "Hər şey qaydasında olsa, dərhal məşqlərə başlayacaq".
Qeyd edək ki, Mahir Emrelinin tezliklə "Legiya" ilə müqavilə imzalayacağı gözlənilir. Sözləşmə müddəti sonradan daha 1 il uzadıla bilməsi şərti ilə 3 il olacaq. Forvard 2015-ci ildən "Qarabağ"ın formasını geyinib. Onun Ağdam təmsilçisi ilə müqaviləsi başa çatıb. Hücumçu Premyer Liqada ötən mövsüm 18 qolla bombardirlik yarışında ikinci olub.
Son xəbərlər
01:22
DÇ-2026-nın final oyununda əlavə vaxt başlayıb - YENİLƏNİR-4
Futbol01:20
ABŞ Yaxın Şərqə əlavə F-16 və F-35 qırıcıları göndərir
Digər ölkələr00:50
Livan Prezidenti və Rubio İsraillə sülh razılaşmalarının icrasını müzakirə edib
Digər ölkələr00:17
DÇ-2026-nın finalının ilk hissəsində antirekord qeydə alınıb
Futbol00:05
Foto
Tom Kruz, Cennifer Hadson və Tramp: Dünya çempionatının rəngarəng bağlanış mərasimi
Futbol23:45
Pentaqon iyulun 18-də İraqda ABŞ hərbçisinin həlak olduğunu açıqlayıb
Digər ölkələr23:40
İraqın Baş naziri Tehrana səfər edəcək
Region23:33
Messi DÇ-2026-nın finalında iki rekorda imza atıb
Fərdi23:24