"Legiya"nın baş məşqçisi: "Emreli "Lex"ə qarşı yaxşı oyun göstərəcək"

"Legiya"nın baş məşqçisi: "Emreli "Lex"ə qarşı yaxşı oyun göstərəcək" "Sağlamdır, peyvənd olunub, əlavə testlərdən keçib"
Futbol
15 Oktyabr , 2021 13:19
Legiyanın baş məşqçisi: Emreli Lexə qarşı yaxşı oyun göstərəcək

"Ekstraklasada xallara oksigen kimi ehtiyacımız var. Vəziyyətin necə olduğunu bilirik, bir neçə oyunda məğlub olduq. Harada olduğumuzun da fərqindəyik. Rəqib mövsümə yaxşı başlayıb. Bizi maraqlı oyun gözləyir".

"Report"un məlumatına görə, bu fikirləri Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç "Lex" (Poznan) komandasına qarşı keçirəcəkləri XI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumu haqqında da danışıb: "Emreli sağlamdır, peyvənd olunub, əlavə testlərdən keçib və "Lex"ə qarşı oynaya bilər. Düşünürəm ki, yaxşı oyun göstərəcək".

Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. "Lex" 10 oyundan sonra 21 xalla liderdir. "Legiya" isə 8 oyuna 9 xalla 15-ci sırada qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi