"Legia"nın veteranları Mahir Emreliyə güvənir

"Legia"nın veteranları Mahir Emreliyə güvənir "Fikrimcə, "Legiya" avrokuboklarda bir hücumçu - Mahir Emreli ilə oynayacaq. Digərləri hələlik ehtiyatda qalacaqlar. Ölkə çempionatında isə onlardan biri ön xətdə azərbaycanlı forvardla duet təşkil edəcək".
Futbol
16 İyul , 2021 13:28
Legianın veteranları Mahir Emreliyə güvənir
Mahir Emreli

"Fikrimcə, "Legiya" avrokuboklarda bir hücumçu - Mahir Emreli ilə oynayacaq. Digərləri hələlik ehtiyatda qalacaqlar. Ölkə çempionatında isə onlardan biri ön xətdə azərbaycanlı forvardla duet təşkil edəcək".

"Report"un məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının sabiq futbolçusu Silvestr Çereşevski yerli mətbuata açıqlamasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Varşava təmsilçisindəki çıxışı barədə danışarkən deyib.

Veteran yarımmüdafiəçinin sözlərinə görə, komanda ev matçlarında meydana 2 forvardla çıxmalıdır: "Legiya" "Budyo Qlimt"lə oyuna pis başlasa da, bəxti gətirdi. Evdə isə layiqli qələbə qazandılar. Artıq müdafiəçilər hücuma daha tez çıxırlar. Komanda düzgün yoldadır".

"Legiya"nın digər keçmiş oyunçusu Dariuş Dzekanovski isə bildirib ki, komanda daha aqressiv oynamalıdır: "İki fərqli hücumçu Tomaş Pekqart və Mahir Emrelidən eyni vaxtda istifadə etmək olar. Pekqart hava toplarında yaxşıdır. Emreli isə texnikalı və kifayət qədər sürətlidir. Topu özündə saxlamağı bacarır. Braziliyalı vinger Lukinyas da onunla yanaşı oynamaqla komandaya xeyir verə bilər".

Qeyd edək ki, Mahir Emreli "Legiya"nın heyətində meydana çıxdığı 2 rəsmi oyunda eyni sayda qol vurub.

Son xəbərlər

Orphus sistemi