Lautaro Martines millidəki qolların sayına görə Maradonaya çatıb
Futbol
- 20 noyabr, 2024
- 05:29
Argentinalı hücumçu Lautaro Martines yığmadakı qolların sayına görə əfsanəvi Dieqo Maradonaya çatıb.
"Report" xəbər verir ki, futbolçu bunu DÇ-2026-nın seçmə mərhələsində, Peru millisi ilə oyunda gerçəkləşdirib.
Matçın 55-ci dəqiqəsində Lionel Messinin ötürməsindən sonra hesabı açan 27 yaşlı ön xətt oyunçusu qollarının sayını 32-yə çatdırıb.
Hazırda Argentina millisində ən çox qol vuranların siyahısına Lionel Messi (112) başçılıq edir. Qabriel Batistutanın 55, Serxio Aqueronun 41, Ernan Kresponun isə 35 qolu var. Martines və Maradona isə 32 qolla yığma tarixinin ən yaxşı bombardirləri siyahısında 5-ci yeri bölüşürlər.
Qeyd edək ki, Argentina - Peru matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Son xəbərlər
09:52
Özbəkistan və ADB 12 milyard dollarlıq tərəfdaşlıq proqramı imzalayıb
İqtisadiyyat09:47
Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
Sağlamlıq09:33
"Liverpul" 2014/2015 mövsümündən sonra məğlubiyyət sayında ən pis göstəricisinə imza atıb
Futbol09:27
Masato Kanda: "ADB-nin böhranın ilk sutkası ərzində pul ayırmaq imkanı var"
Maliyyə09:20
Braziliyalı futbolçu Halkın yeni klubu müəyyənləşib
Futbol09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.05.2026)
Maliyyə09:01
Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq
Futbol08:59
ADB prezidenti: Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir
Energetika08:53